
Neandertallar müasir insanlarla eyni səsləri çıxara bilirdilər. Yeni araşdırmaya görə, onların istifadə etdiyi dil bizimkindən o qədər də fərqli olmaya bilər.
Sevilya Universitetinin dilçi alimi və tədqiqat müəllifi Antonio Benitez-Burraco qeyd etmişdir ki, neandertallar, demək olar ki, bizim dillərimizə bənzəyən dillərdə danışırdılar, lakin funksional olaraq daha az çevik idilər. Bu nəticə qədim insanların nitq qabiliyyətlərinin anatomik, sosial-mədəni, koqnitiv, ekoloji və genetik tapıntılarından irəli gəlir. Məsələn, tədqiqatçı neandertalların səs traktının bizimkinə çox bənzədiyini və onların da bizimkilərlə eyni səsləri çıxara bildiyini irəli sürür. Eyni zamanda onların eşitmə qabiliyyətləri müasir insanların eşitmə qabiliyyətinə çox bənzəyir və bütün bunlar onların mürəkkəb səsli ünsiyyət üçün təchiz olunduğunu göstərir.
Lakin neandertalların kəllə boşluğunun forması bizimkindən daha az “sferik” olduğunu deməyə əsas verir. Neandertal insanlar ardıcıl olaraq düşünməyi bacarnırlar, buna görə də mürəkkəb ifadələr və ya cümlələr qura bilmirlər. Həmçinin, neandertal insanların yaddaşı güclü olmayıb.
"Əlbəttə, bizim nəticələrimiz ehtimal olunan neandertal insanın dilinin kobud və səsləri qıra-qıra dediyini göstərir",- Benitez-Burraco qeyd etmişdir.
Mənbə: arkeofili.com
Tərcümə etdi: Tərlanə Abdullayeva
