24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi jurnalist, müxbir Seymur Kazımovdur. O, Rusiya və Ukrayna müharibəsi zamanı Azərbaycan mediasının işindən danışıb.

-Azərbaycan mediaları Rusiya-Ukrayna müharibəsini nə qədər işıqlandıra bildi?
-Bildiyiniz kimi, mən o bölgədə iştirak etmişəm, əgər ümumi danışsaq, bir neçə Azərbaycanlı jurnalist həmin müharibə zonasına getmişdi. Orada hələ də qalan bəzi müxbirlər var. Məsələn, AZƏRTAC, Report Agent və s. orada işləyirlər. Bunların hamsı Informativ janrdadır. Burada böyük analitik yazılar və digərlərinin sayı çox azdır. Doğrusu, bu işləri qənaətbəxş hesab etmirəm, halbuki orada daha kompleksli yanaşmalar ola bilərdi. Bəzi jurnalistlər bu işə həvəslidir və bunu edirlər, amma ümumi medianı götürsək, bunu mən yaxşı qiymətləndirmirəm. Oradakı media üzvləri yalnız informativ məlumatlar verərək, yalnız baş vermiş hadisələri işıqlandırırlar, onun təhlili haqqında danışan çoxlu media qrupu yoxdur, sayları çox azdır, bu, həqiqətən, yetərli deyil.
Namiq Atamalıyev
