Bu gün:

Tramp qlobal tarifləri 15%-ə yüksəldib


Ali Məhkəmənin qərarından sonra yeni addım atılıb. Donald Tramp ABŞ-yə idxal olunan bütün mallara tətbiq edilən tarifləri 15%-ə qaldırdığını açıqlayıb. Bu qərar Supreme Court of the United States tərəfindən əvvəlki tariflərin ləğv edilməsindən sonra verilib.

Qərar 6-3 səs çoxluğu ilə qəbul olunub. Ali Məhkəmə prezidentin 1977-ci il fövqəladə iqtisadi səlahiyyətlər qanununa əsasən tətbiq etdiyi tarifləri səlahiyyət həddini aşmaq kimi qiymətləndirib. Tramp isə 1974-cü ilin Ticarət Aktının 122-ci maddəsinə əsaslanaraq yeni müvəqqəti rüsum tətbiq edib.

Yeni tariflər müvəqqəti xarakter daşıyıb.Qanuna görə, 15%-lik tariflər təxminən beş ay qüvvədə qala bilər. Daha sonra administrasiya Konqresin təsdiqini almalıdır. Hələlik tariflərin nə vaxt qüvvəyə minəcəyi tam dəqiqləşməyib.

Beynəlxalq tərəfdaşlar və biznes reaksiya verib.Böyük Britaniya və Avstraliya ilə əvvəl razılaşdırılmış 10%-lik tarif anlaşmalarının taleyi müzakirə mövzusu olub. ABŞ-də bəzi iş adamları qərarı dəstəkləsə də, digərləri bunun istehlakçılar üçün əlavə maliyyə yükü yaradacağını bildirib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et