Bu gün:

Bill Gates Hindistanda SI sammitində çıxışdan imtina edib


Bill Gates Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən "India SI Impact Summit" tədbirində planlaşdırılan əsas çıxışını ləğv edib.

Məlumata görə, dünya şöhrətli biznesmen sammitdə əsas məruzəçi qismində çıxış etməli idi. Lakin o, tədbir başlamazdan qısa müddət əvvəl proqramda iştirak etməyəcəyini bildirib.

Qeyd olunur ki, sammit son günlər təşkilati məsələlər və logistika problemləri ilə bağlı müzakirələrə səbəb olub. Gatesin çıxışdan imtina etməsi tədbir ətrafında yaranan sualları daha da artırıb.

Çıxışın ləğv edilməsinin rəsmi səbəbi açıqlanmayıb. Sammit Hindistanın süni intellekt sahəsində qlobal mövqeyini gücləndirmək məqsədi daşıyırdı və beynəlxalq diqqət mərkəzində idi.

Hazırda təşkilatçılar məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et