Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. Eləcə də dünyanın hər yerində milyonlarla müsəlman İslam təqvimində ən müqəddəs aylardan biri olan Ramazanı qarşlayır. İslam dininə görə, Ramazan ayı İslamın müqəddəs kitabı olan Quranın Məhəmməd peyğəmbərə nazil olduğu aydır. Ramazan ayına orucluq da deyirlər və müddəti bir ay çəkir. Oruc tutmaq bütün müsəlmanlar üçün İslamın vacib olan 5 şərtindən biridir.

Oruc tutanlar axşam gün batanadək heç nə yemirlər və su da daxil olmaqla, heç nə içmirlər. Gün batdıqdan sonra isə oruclarını açaraq, iftar adlandırılan axşam yeməyini yeyirlər.
Yalnız sağlamlığı imkan verən şəxslər oruc tuta bilərlər. Xəstə olanlar, yetkinlik yaşına çatmamış uşaqlar, hamilə qadınlar, süd verən analar, menstruasiya dövründə olan qadınlar və səfərdə olanlar istisna edilir.
Mənbə: BBC news
Tərcümə etdi: Nuray Ədilzadə
