Bu gün:

Şahzadə Endryu həbs olunub


York hersoqu Şahzadə Endryu "ictimai vəzifədən sui-istifadə" şübhəsi ilə həbs edilib. O, bu gün 66 yaşını qeyd edir.

Kral Çarlz III Endryunun həbsindən "dərin narahatlıqla" xəbər tutduğunu bildirib və "qanun öz işini görməlidir" sözlərini əlavə edib. BBC-nin məlumatına görə, nə Kral, nə də Bukingem sarayı həbs barədə əvvəlcədən məlumatlandırılmayıb.

Polis qüvvələri Berkşir və Norfolkda, həmçinin Endryunun son vaxtlara qədər yaşadığı Vindzor parkındakı Royal Locda axtarışlar aparır. Səhər saatlarında Norfolkdakı Sandrinhem sarayına polis maşınlarının gəldiyi bildirilir.

Bu həbs Temz vadisi polisinin keçmiş şahzadənin mərhum cinayətkar Ceffri Epşteyn ilə məxfi materialları bölüşməsi ilə bağlı şikayəti araşdırmasından sonra baş verib. Endryu əvvəllər Epşteynlə bağlı hər hansı bir günahı rədd edib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et