Nevada County Sheriff’s Office bildirib ki, Kaliforniya ştatının Tahoe gölü bölgəsində baş verən qar uçqunu nəticəsində 9 dağ xizəkçisi itkin düşüb. 
Hadisə Traki qəsəbəsi yaxınlığındakı Castle Peak ərazisində qeydə alınıb. Ümumilikdə 15 nəfərlik qrup uçquna məruz qalıb.
Xilasedicilər 6 nəfəri sağ xilas ediblər. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Sağ qalanların çətin hava şəraitində müvəqqəti sığınacaq quraraq kömək gözlədiyi bildirilib. Əraziyə yaxın xizək mərkəzlərindən peşəkar xilasedici dəstələr cəlb olunub.
Sierra Avalanche Center bölgədə təhlükə səviyyəsini 5 ballıq şkala üzrə 4 ən yüksək elan edib. Mərkəz yaxın saatlarda yeni uçqunların baş verə biləcəyini açıqlayıb və dağlıq ərazilərə getməməyi tövsiyə edib.
Kaliforniya qubernatoru Gevin Nyusom dövlət qurumlarının yerli xilasedicilərlə birgə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı apardığını bildirib. Güclü qar və külək səbəbilə bəzi magistral yollar bağlanıb. Hadisənin baş verdiyi əraziyə yaxın yerləşən Boreal Mountain Ski Resort son sutkada güclü qar yağdığını açıqlayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
