26 fevral – 1 mart tarixlərində ABŞ-nin Los-Anceles şəhəri beynəlxalq incəsənət və moda ictimaiyyətinin diqqət mərkəzinə çevriləcək. Dünyanın ən nüfuzlu sənət platformalarından biri olan “Frieze LA” yenidən qalereya sahiblərini, dizaynerləri və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.
Tədbir müasir incəsənət, dizayn və modanın kəsişməsində dayanaraq kreativ sənayenin aktual tendensiyalarını nümayiş etdirir. Burada dünyanın aparıcı qalereyaları yeni layihələrini və instalyasiyalarını təqdim edir, gənc rəssamlar isə beynəlxalq auditoriyaya çıxış imkanı əldə edirlər.
Son illərdə "Frieze LA" yalnız incəsənət sərgisi deyil, həm də moda və dizayn üçün mühüm platformaya çevrilib. Bir çox moda evləri və kreativ brendlər tədbir çərçivəsində xüsusi təqdimatlar, pop-up layihələr və kollaborasiyalar həyata keçirirlər. Bu da tədbiri multidissiplinar mədəniyyət hadisəsinə çevirir.
Beləliklə, 26 fevral – 1 mart tarixlərində keçiriləcək "Frieze LA2026" yenidən incəsənət, moda və dizayn dünyasının əsas görüş nöqtəsinə çevriləcək və yeni ideyaların formalaşmasına təkan verəcək.
Mənbə: ru.fashionnetwork.com
Tərcümə etdi: Şehrin Musayeva
