Bu gün:

Bakı məhkəməsi Ruben Vardanyana 20 il həbs cəzası verib


Fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, özünü ləğv etmiş Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib.

Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.

57 yaşlı Ruben Vardanyan Ermənistan əsilli, Rusiyada "Troika Dialoq" adlı investisiya şirkətinin sahibi və "Skolkovo" biznes məktəbinin qurucusu idi.

Onun sərvəti bir milyard dollardan çox qiymətləndirilirib.

2022-ci ilin payızında Vardanyan Rusiya vətəndaşlığından imtina edib, Qarabağa köçüb və tanınmamış respublikanın dövlət naziri, yəni hökumət başçısı olub.

2023-cü ilin sentyabrında Azərbaycan "bir günlük müharibə" nəticəsində Qarabağın bütün ərazisinə tam nəzarəti ələ alıb. 100 mindən çox erməni əhalisi evlərini tərk edərək Ermənistana köçüb.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et