Dennis M Lynch Arena buz arenasında yüksək məktəb xokkey oyunu zamanı baş verən atışmada iki nəfər ölüb, üç nəfər yaralanıb. Polis hadisənin şübhəlisini Robert Dorgan (Roberta Esposito adı ilə də tanınır) kimi müəyyən edib. O, özünü güllələyərək öldürüb.

Pawtucket Polis Şefi Tina Goncalves bildirib ki, atışma hədəfli və ailə mübahisəsi ilə bağlı ola bilər. Hadisə zamanı oyunçular meydançada olarkən atəş açılıb və panika yaranıb. Bir şahid müdaxilə edərək atışmanın tez bitməsinə səbəb olub.
Hadisədən sonra oyunçular və valideynlər böyük qorxu yaşadıqlarını deyiblər. Melissa Dunn, oğlunu tapmaq üçün arenaya qaçdığını və tibb işçilərinin CPR apardığını görüb. O, ilk anlarda atəş səslərini xokkeyin normal səs-küyü ilə qarışdırdıqlarını bildirib.
Olin Lawrence, həmin anda arenada olan xokkey oyunçusu, atəş səslərini eşidəndə locker otağına qaçdığını və təhlükəsizliyi qorumağa çalışdığını deyib.
Rod Aylend qubernatoru Dan McKee hadisəni “dərin kədərli” adlandırıb və dekabrda Braun Universitetində baş verən oxşar atışmaya işarə edərək, qurbanlar və ailələr üçün başsağlığı verib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
