Bu gün:

Azərbaycan Rumıniyaya neft ixracını 7 %-ə yaxın artırıb


Bu ilin yanvar ayında Azərbaycan Rumıniyaya 197 min 053,85 ton xam neft ixrac edib.

24media.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 93 milyon 673,99 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 6,8 % çoxdəyəri isə 10,6 % azdır.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 7,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb

Paylaş
Şərh əlavə et