Bu gün:

İsraildə fələstinli vətəndaşlara qarşı zorakı cinayətlər artıb


Supermarket qarşısında güllələnən ana. Məsciddən çıxarkən qətlə yetirilən kişi. Pasiyentlərini müalicə edərkən öldürülən həkim. Bu hadisələr artıq istisna deyil – İsraildə genişlənən zorakı cinayət dalğasının acı reallığına çevrilib.

Qurbanların hamısı İsrail vətəndaşı olan fələstinlilərdir. Onların yaşadığı icmada qətl hadisələri o qədər artıb ki, bu il orta hesabla hər gün bir nəfər öldürülüb. Fələstinli vətəndaşlar ölkə əhalisinin təxminən 20 faizini təşkil edir.

Bir çoxları hesab edir ki, İsrail hökuməti cinayət dalğasının qarşısını almaqda uğursuz olub. Onların fikrincə, hakimiyyətin yetərsiz addımları əsasən ərəb mütəşəkkil cinayət qrupları tərəfindən törədilən zorakılıq dövrünün dərinləşməsinə səbəb olub.

Rəqəmlər də ciddi bərabərsizliyi göstərir. Israel Police statistikaya görə, ərəb icmalarında baş verən qətllərin cəmi 15 faizi açılıb. Halbuki yəhudi israillilər arasında bu göstərici 65 faizdir. Məlumatlar İsrail parlamenti – Knesset və “Eilaf, the Center for Advancing Security in Arab Society” tərəfindən təqdim edilib.


Mənbə: CNN news 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et