Bu gün:

Bakı AQEM Qadınlar Şurasının ilk iclasına ev sahibliyi edəcək


Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçiriləcək.

24media.az bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidmətinin şöbə müdiri Nurəddin Babazadə Komitənin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, tədbir aprelin 14-də baş tutacaq.

O əlavə edib ki, bununla yanaşı, “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın da Bakıda keçirilməsi planlaşdırılır.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et