Elmi araşdırmalar göstərir ki, yer altı sularından suvarma və içməli məqsədlər üçün istifadə Yerin fırlanma oxunun öz ətrafında dəyişməsinə səbəb olur.

Yerdə kütlə paylanmasının dəyişməsi Yerin öz ətrafında fırlanma oxuna təsir edir. Şimal qütbü demək olar ki, hər il diametri on metr olan dairə çəkir. Həmçinin bu salınan hərəkətin mərkəzi zamanla sürüşür. Son illərdə salınan hərəkatın mərkəzi ildə təxminən 9 santimetr İslandiyaya doğru sürüşür.
Bir qrup tədqiqatçı 1993-2010-cu illər üçün yerin kütlə paylanmasının dəyişməsinin fırlanma oxuna təsirinin modelini yaratmış və müxtəlif kompüter simulyasiyalarını aparmışlar. O zaman peyk ölçmələri qütblərdə hətta bir neçə millimetr dəyişikliyi aşkar edəcək qədər həssas idi.
Tədqiqatçıların apardığı hesablamalar göstərir ki, bəndlərdə suyun tutulması və ya buzlaqların əriməsi, eləcə də yeraltı suların istifadəsi kimi dəyişikliklər Yerin fırlanma oxunun əhəmiyyətli dərəcədə yerdəyişməsinə səbəb olur.
Yeraltı sulardan içməli və ya suvarma üçün həddindən artıq istifadə quru altındakı su kütləsinin okeanlara keçməsinə səbəb olur.
Tədqiqatçıların apardıqları hesablamalara görə, 1993-2010-cu illərdə istifadə edilən yeraltı sular Yerin fırlanma oxunun öz ətrafında 80 santimetr sürüşməsinə səbəb olub. Bu dəyişiklik Antarktida və ya Qrenlandiyada buzlaqların əriməsindən daha çoxdur.
Yeraltı sularının istifadəsinin nisbətən böyük təsir göstərməsinin səbəblərindən biri də kütləvi dəyişikliyin daha çox orta enliklərdə baş verməsidir. Eyni miqdarda kütləvi dəyişiklik ekvatorun yaxınlığında baş versəydi, təsirlər daha az olardı.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
