Bu gün:

Epşteyn sənədləri Trampın “heç nə bilmirdim” iddiasını şübhə altına alıb


Ceffri Epşteyn işi ilə bağlı yeni üzə çıxarılan sənəd ABŞ Prezidenti Donald Trampın əsas iddialarından birini, onun Epşteynin qanunsuz əməllərindən xəbərsiz olması barədə bəyanatını şübhə altına alır.

Təxminən bir həftə yarım əvvəl milyonlarla səhifədən ibarət sənədlərin açıqlanması Tramp administrasiyasının sənədlərin məzmunu ilə bağlı əvvəl səsləndirdiyi fikirləri dəfələrlə sınağa çəkib və bəzi hallarda onlarla ziddiyyət təşkil edib. Administrasiya əvvəlcə sənədləri açıqlamağı vəd etsə də, sonradan geri çəkilib, yalnız Konqresin təzyiqindən sonra onların yayılmasına razılaşıb.

Prezident Tramp və Baş prokuror Pam Bondi də daxil olmaqla administrasiya rəsmiləri sənədlərin məzmunu barədə bir neçə dəfə açıqlamalar veriblər. Lakin son yayımlanan materiallar həmin bəyanatların bir qisminin sənədlərdə yer alan faktlarla üst-üstə düşmədiyini göstərir.

Tramp ötən il Epşteynin azyaşlı qızlarla bağlı qanunsuz fəaliyyətindən xəbərsiz olduğunu bildirib. Yeni açıqlanan sənədlər isə Trampın bu məsələ ilə bağlı məlumatlılıq səviyyəsi barədə sualları yenidən gündəmə gətirir və onun əvvəlki mövqeyini zəiflədə biləcək məqamları ortaya çıxarır.


Mənbə: CNN news 

Tərcümə etdi: Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et