Son 24 saat ərzində İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 8 fələstinli həyatını itirib, 20 nəfər yaralanıb.
Atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif bəhanələrlə bölgəyə hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyinin yaydığı açıqlamada 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlarla bağlı son statistika paylaşılıb.
Bəyanata görə, son 24 saat ərzində daha 8 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, 10 oktyabrda qüvvəyə minən atəşkəsdən sonra 591 fələstinli ölüb, 1578 nəfər yaralanıb.
2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında həlak olanların ümumi sayı 72.045-ə, yaralananların sayı isə 171.686-ya çatıb.
Nazirlik bölgədə hələ də minlərlə cəsədin dağıntılar altında qaldığını bildirib.
https://share.google/3Y0YhyDWt71TVIwav
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
