ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın başlarının meymun bədənlərinə yerləşdirildiyi və irqçi məzmun daşıyan bir videonu paylaşdıqdan sonra silib.

Ağ Ev videonun bir əməkdaş tərəfindən “səhvən” paylaşıldığını və sonradan silindiyini açıqlayıb.
Bununla belə, Ağ Evin sözçüsü Karolin Livitt daha əvvəl videodakı görüntülərlə bağlı “internet zarafatı” izahını verib.
Livitt AFP xəbər agentliyinə açıqlamasında bildirib: "Bu, Prezident Trampı ‘Cəngəlliklərin Kralı’, demokratları isə ‘Aslan Kral’ obrazları kimi göstərən videodan götürülüb. Zəhmət olmasa bu süni qəzəbi kənara qoyun və Amerika xalqı üçün həqiqətən vacib olan mövzuları işıqlandırın".
Tramp fonunda “The Lion Sleeps Tonight” mahnısının səsləndiyi təxminən bir dəqiqəlik videonu fevralın 6-da özünün sosial media platforması Truth Social-da paylaşıb.
2020-ci il prezident seçkilərində saxtakarlıq edildiyinə dair sübuta əsaslanmayan iddiaları təkrarlayan videonun son iki saniyəsində Barak və Mişel Obamanın başları meymun bədənlərinə montaj edilmiş şəkildə göstərilib.
Video həm Demokratlar, həm də Respublikaçılar tərəfindən tənqid edilib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
