Bu gün:

İran prezidenti Pezeşkian ölkədə etirazların gedişatını dəyişə biləcək açıqlamalar verib


İran prezidenti Pezeşkian etirazları xalqın səsini eşitdirməsi üçün bir vasitə kimi dəyərləndirdiklərini ifadə edərək "Etirazları alqışlayırıq. Etirazı xeyir-dua olaraq görürük. Bu etirazları dinləmək bizim borcumuzdur",-deyib.

Bununla belə, zorakılıq aktlarına qarşı birmənalı mövqe tutan Pezeşkian dağıdıcılıq, vandalizm, qətl və yandırma hallarından nifrətini ifadə edib. "Heç bir əsl iranlı başqa bir iranlını öldürmək üçün silaha sarılmaz. Heç bir iranlı məscidi, ictimai əmlakı yandırmaz",-deyib.

Pezeşkian daxili problemlərin kənar müdaxilə olmadan həll edilməsinin vacibliyini vurğulayaraq bildirib:“Heç bir azad insan düşməni daxili problemi həll etməyə çağırmaz”. O, İranın mövcud məsələlərini öz daxilində həll edəcəyini bəyan edib.

Mənbə: Haberler

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et