Bu gün:

Kosmosa səyahət immunitet sistemini zəiflədir


Elmi araşdırmalar göstərir ki, Beynəlxalq Kosmik Stansiyada uzun müddət qalan astronavtların immun sistemi zəifləyir.

Astronavtların kosmos mühitində xəstəliklərə Yerdəkindən daha həssas olduğunu göstərən bir neçə tapıntı var. Məsələn, Beynəlxalq Kosmik Stansiyada olan astronavtların tənəffüs sistemində pozğunluqlar olur və astronavtların dərisində tez-tez səpgilər əmələ gəlir. Bundan əlavə, astronavtlar ətrafa daha çox canlı virus fraqmentləri yayırlar. Bütün bu müşahidələr kosmos mühitində insanların immun sisteminin zəiflədiyini göstərir.

Ottava Universiteti Dr. Odette "Laneuville" və "Frontiers" in "Immunology"dəki həmkarları tərəfindən dərc edilən araşdırmanın nəticələri göstərir ki, astronavtlar kosmosa getdikdən sonra immun sistemi ilə əlaqəli bir çox genlər zəifləyir.

Tədqiqatçılar Beynəlxalq Kosmik Stansiyada 4,5 ilə 6,5 ay arasında qalan on dörd astronavt, üç qadın və on bir kişinin ağ qan hüceyrələrindəki gen ifadələri araşdırılıb. Astronavtlardan kosmosa getməzdən əvvəl bir dəfə, kosmosa dörd dəfə getdikdən sonra və beş dəfə Yerə qayıtdıqdan sonra qan nümunələri götürülüb. Nəticələr kosmosda və Yerdə ağ qan hüceyrələrində 15.410 genin ifadəsi arasında fərqlərin olduğunu göstərir. 247-si immunitet sistemi ilə əlaqəli olan bu genlər kosmosda Yerdəkindən daha az ifadə edilir.

Tədqiqatçılar genlərin ifadəsindəki dəyişikliyin bədənin aşağı hissələrində qan plazmasının azalması və çəkisiz mühitə görə bədənin yuxarı hissələrində artması ilə əlaqəli olduğunu düşünürlər. Məlumdur ki, “maye sürüşməsi” adlanan bu vəziyyət fizioloji uyğunlaşmalara gətirib çıxarır.


Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et