Vikinqlər orta əsrlərdə Skandinaviya bölgələrindən olan dənizçilər və döyüşçülər idi. Bundan əlavə, onların hərbi strukturu bir sıra intizamlar, iyerarxiyalar və strateji quruluşlardan ibarət idi. Bu materialda sizə Vikinqlərin ordu quruluşunu izah edəcəyik və müharibələrdə necə uğur qazandıqlarından danışacağıq.

Vikinqlər Şimali Avropada 8-11-ci əsrlər arasında güclü dənizçilər və döyüşçülər birliyi kimi tanınırlar.
Vikinqlərin hərbi quruluşu özünəxas mədəniyyətlərini əks etdirir və onları dövrün ən qorxulu döyüşçülərindən birinə çevirir. Vikinqlərin hərbi gücü adətən kiçik sərbəst qruplardan ibarət gəmiyə əsaslanırdı. Bu dəstələr adətən eyni ailədən və ya kənddən olan döyüşçülərdən təşkil olunurdu. Vikinqlərin hərbi təşkilatı 'drótt' adlı döyüş hissələrinə əsaslanırdı. Drótt, bir liderin əmri altında fəaliyyət göstərən təxminən 20-30 nəfərlik bir qrup hesab olunurdu.
Vikinqlərin döyüşçüləri müxtəlif silahlarla təchiz edilmişdi. Bunlara qılınclar, baltalar, nizələr, yaylar və qalxanlar daxildir. Vikinqlər də döyüş zamanı zireh və dəbilqə taxırdılar. Döyüşçülər çox vaxt öz şəxsi qoruyucu vasitələrini təmin edirdilər ki, bu da onları rahat hiss elətdirirdi.
Mənbə: Onedio
Tərcümə etdi: Namiq Atamalıyev
