Universitet tərəfindən beyinlə bağlı araşdırma sevdikləri ilə ünsiyyətdə olmayan yaşlı insanların beyin həcmlərində azalma olduğunu ortaya çıxardı.

Yaponiyanın Kyushu Universitetində aparılan araşdırmaya görə, tək yaşayan insanlarda demansdan məsul olan bölgə də daxil olmaqla beyin həcmlərində azalma müşahidə edilib.
Orta yaşı 73 olan 8896 iştirakçının MRT beyin skanları və sağlamlıq müayinələri aparılıb. İştirakçıların heç birinə demans diaqnozu qoyulmayıb. İştirakçılardan dostları və qohumları ilə nə qədər tez-tez görüşdükləri soruşulub.
Ən az sosial təmasda olan insanlarda ən kiçik beyin həcmi 67,3 faiz, ən çox sosial qrupda isə ən yüksək beyin həcmi 67,8 faiz olub.

Alimlər, həmçinin daha çox sosial təcrid olunmuş iştirakçıların ağ maddə lezyonları kimi tanınan beyin hissələrinin kiçik zədələndiyini aşkar ediblər.
İyulun 12-də Neurology jurnalında dərc olunan tədqiqatın müəllifi Dr. Toşiharu Ninomiya "Sosial təcrid yaşlılar üçün artan problemdir", - deyə vurğulayıb.

"Bu nəticələr göstərir ki, insanlara başqaları ilə əlaqə saxlamağa və əlaqələri davam etdirməyə kömək etmək üçün dəstəyin göstərilməsi beyin atrofiyasının (büzülməsi) və demensiyanın inkişafının qarşısını almaq üçün faydalı ola bilər".
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
