Bu gün:

Dil öyrənməyin yolları


Dil öyrənmə prosesində o dili mükəmməl bilmək üçün sadəcə dil dərsləri almaq kifayət deyil. Dil öyrənmə taktikası ilə özünüzü inkişaf etdirə bilərsiniz. Xarici dili öyrənmək, mənimsəmək səy, dözüm və səbr tələb edir. Bununla belə, enerjinizi ağıllı şəkildə cəmləmək və vərdişlərinizdə bir neçə dəyişiklik etməklə, siz rəvanlığı daha tez əldə etməyinizə kömək etmək üçün kursda keçirdiyiniz boş vaxtlardan istifadə edə bilərsiniz.

Dil öyrənməniz üçün sınaqdan keçirilmiş məsləhətlərimiz bunlardır:


Lüğət siyahınızdan yaradıcı şəkildə istifadə edin

Dil öyrənmək çətin prosesdir. Sinifdə diqqətlə eşitdiyiniz sözləri heç vaxt unutmayacağınızı düşünürsünüz. Təəssüf ki, siz o qədər çox məlumatla yüklənirsiniz ki, yalnız yaddaşınıza güvənməyə davam etmək qeyri-mümkün olur. Yazmağa üstünlük verin. Yazmaq bəzən öyrəndiklərimizi daha qalıcı edir və lüğət siyahısını tutmaq onu tətbiq etmək üçün əla bir yoldur. Bundan yaxşı nə ola bilər, bilirsinizmi? Bu söz siyahılarından istifadə edin!

Lüğət siyahınızı faydalı etmək üçün siz yeni sözləri kateqoriyalara ayıra və onları mənaları ilə uyğunlaşdıra bilərsiniz ki, beyniniz hər birini emal etsin. Başlamaq üçün bu siyahı saxlama üsullarından istifadə edə bilərsiniz və ya hamısını birləşdirə bilərsiniz.

Səhifənizi üç sütuna bölün. Sözün nə olduğunu (isim, feil, bağlayıcı və s.) və mənasını yazın. Yeni sözlər öyrənərkən bu siyahını doldurun. Məsələn, “cərrah”, “adı”, “əməliyyat həkimi”. Özünüzü sınamaq üçün bu sütunları dolduraraq işləyin.

Sözləri istifadəsinə görə rəngləyin. Məsələn, onun janrı, mövzusu (səyahət, iş, yemək) və ya linqvistik istifadə (jarqon, rəsmi/gündəlik istifadə). Rənglərin istifadəsi oxşar kateqoriyalardakı sözləri tapmağınızı asanlaşdıracaq və özünüzü daha asan test edə biləcəksiniz.

Sözü kontekstə uyğun olaraq nümunə yaratsanız, yaddaşınızda daha rahat qalar. Məsələn müəlliminiz bu sözü cümlədə istifadə edibsə və ya lövhədə yaddaqalan şəkil yazıbsa, özünüz edin. Kontekstdə sözlərdən istifadə etmək, dərsdən çıxanda həmin sözü unutmağınızı çətinləşdirəcək. 

Öz dilinizdə ünsiyyətdən uzaqlaşın 

Ola bilsin ki, siz dostunuzla dərsə yazılmısınız və ya öz ölkənizdən yaxşı dostlar qazanmısınız, lakin sinifdə onlarla qruplaşmamalısınız. Soruşursan niyə? Çünki bir şey edərkən sizin dilinizdə danışan birinin yanında olsanız, öyrəndiyiniz dildə danışmağa özünüzü məcbur etməzsiniz. Digər tərəfdən, tanımadığınız biri ilə danışacaq qədər cəsarətli ola bilmirsiniz və öyrəndiyiniz dildə özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz. Axı sizin bu kursu keçməyinizə səbəb hər halda dil öyrənmək deyilmi?

Daha çox danışın, ünsiyyətdə olun

Demirik ki, dərsi yarımçıq qoyan, susmadan danışan, dərsi öz üzərinə götürən tələbə ol, amma danışmağın vacibdir. Unutmayın ki, müəlliminiz sizə kömək etmək üçün oradadır. Hər hansı bir sualınız və ya narahatlığınız varsa, danışmaqdan çəkinməyin. Probleminizi yüksək səslə (xüsusən də xarici dildə) dilə gətirmək sizə danışıq təcrübəsi verir və çox vaxt həllini özünüz tapırsınız. Yeni bir dil öyrənərkən problemlərimizi içimizə salmaqla deyil, həll yollarını tapmaqla irəliləyə bilərik. Və kim bilir? Bəlkə bir sinif yoldaşınız eyni sual ilə  maraqlanır və müəlliminizin cavabı hər ikiniz üçün faydalı olacaq!

Dil öyrənmə prosesində dərslərdə mütləq iştirak edin

Necə olduğunu bilirsiniz. Yay tətilini həyəcanlandıran balaca uşaq kimi türk, ispan və ya fransız dili dərslərinə yazılırsınız. İlk dərslər çox yaxşı keçir, amma sonra "həyat" müdaxilə edir. İşlər getdikcə çətinləşir. Dostlar sizi ziyarətə gəlir. Zəngli səsi eşitmədən yatmağa davam edirsiniz. Nəhayət, yeni bir dil öyrənmək həyəcanınız tozlu bir rəfdədir. Bir çox tələbə dil öyrənməyə həyəcanla başlayır, lakin bir neçə dərsdən sonra onu tərk edir. Problem ondadır ki, hamı bunun onların başına gəlməyəcəyini deyir, amma çoxu bacarmır. Bu adam sən deyilsən! Özünüzü motivasiya etmək üçün bunları sınaya bilərsiniz:

Özünüzə niyə xarici dil öyrənmək istədiyinizi xatırladın. Kompüterinizdə və ya güzgüdə ruhlandırıcı sitatlar yerləşdirin, dostlarınıza və qohumlarınıza məqsədiniz haqqında danışın və ya məqsədinizə çatanda nə qədər xoşbəxt olacağınız barədə düşünün.

Öyrəndiyiniz dilin mədəniyyətinə qərq olun. Yeyin, filmlərə baxın, kitab oxuyun və məqalələrdən aktual xəbərləri izləyin.

Öyrənmək istədiyiniz dilin ölkəsinə tez-tez səfərlər edin bunu etməklə həm səyahət sevginizi artıracaqsınız, həm də bu dili praktikaedərkən özünüzü daha inamlı hiss edəcəksiniz. 

Mənbə: EF

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et