Dil insanların bir-birləri ilə ünsiyyət qurmaq üçün istifadə etdiyi bir vasitədir. Dilin öz qaydaları var. Dil sayəsində insanlar bir-biri ilə ünsiyyət qurmağı bacarırlar. Dilçiliyin əsası çox qədimdir. Bəs dilçilik nədir? İnsanlar təxminən nə qədər fərqli dillərdə danışırlar?
Öncəliklə, dilçiliyin nə olduğuna nəzər salaq.
Dilçilik dilin məxsusi xüsusiyyətlərindən, necə meydana gəldiyindən, zaman keçdikcə necə inkişaf etməsindən bəhs edir. Bu məsələlərlə məşğul olacağı üçün elmin bir çox sahələrinə aidiyyatı vardır. Bunun qrammatik biliklərlə sinonim olduğu düşünülür. Bununla belə, bundan uzaqdır. Qrammatika sözlərlə bağlıdır. Halbuki dilçilik bunların hamısını uzaqdan araşdırır. Dünyanın bütün dillərini öyrənir. Dil haqqında nəzəriyyələr yaradır.
İnsanlar nə qədər fərqli dillərdə danışırlar?
Qəribə görünə bilər, amma bu gün insanlar 7000-dən çox fərqli dildə danışırlar. Və bu dillər planetdə təsadüfi yayılmır. Məsələn, Yeni Qvineyada 900-dən çox dil var. Hətta tropiklərdə belə dil müxtəlifliyi çox dəyişir. Məsələn, Vanuatunun 80 adasında yaşayan 250.000 insan 110 fərqli dildə danışsa da, Banqladeşdə bundan 600 dəfə çox olan əhali cəmi 41 dildə danışır.
Mənbə: bilgify.com
Tərcümə etdi: Məryəm Abdullazadə
