Bu gün:

Beynəlxalq konfransların jurnalistlər üçün nə kimi əhəmiyyəti var?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa Aslandır. Pedaqoq beynəlxalq konfransların əhəmiyyətindən danışıb.

-Beynəlxalq konfransların jurnalistlər üçün nə kimi əmiyyəti var? 

Elmi konfranslarda iştirak nəinki jurnalistlərə, o cümlədən bütün peşə sahiblərinə müsbət təsir edir. İlk növbədə, onlar yeni bilik və bacarıqlara yiyələnirlər. Eyni zamanda, davranışlarında müsbət istiqamətdə dəyişikliklər formalaşır. Həmkarları ilə kommunikasiya bacarıqları, imkanları genişlənir. Şəbəkə qurmaqda beynəlxalq konfransların böyük əhəmiyyəti vardır. 

24media.az qeyd edir ki, ölkəmizdə də jurnalistlərin inkişafı məqsədilə "Qloballaşma  dövründə medianın inkişaf trendləri: Risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə tədbirlər, "Jurnalistlər üçün təhlükəsizlik təlimi” keçirilib. 

Aytən Nazim 

Paylaş
Şərh əlavə et