Bu gün:

“Media qanununun, redaksiyanın media subyekti sayılması üçün bəlli şərtlər var”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı "Yeni Çağ" Media Agentliyinin rəhbəri Aqil Ələsgərdir. O,  media ilə bağlı suallarımızı cavablayıb.

-Azərbaycan media orqanı təsis etmək üçün jurnalist hansı bacarıqlara sahib olmalıdır?

-Hesab edirəm ki, bir jurnalist media qurumunu təsis etmək istəyirsə, burada ali savaddan əlavə, həm təcrübə, həm də bacarıq lazımdır. Şəxs öz işinə məsuliyyət ilə yanaşmalıdır. Mövcud olan hər hansısa durumu düzgün dəyərləndirməlidir.  
Mövcud reallıqlar nəzərə alınmalıdır. Ciddi şəkildə media qurumu yaratmaqla, həvəskar şəkildə yaratmaq fərqli anlayışlardır. Əlbəttə ki, bunun özünəməxsus çətinlikləri var. Müəyyən prossedurları nəzərə almaq vacibdir. Əvvəlki KİV haqqında qanun kifayət qədər köhnə idi və yeni media çağırışlarının heç biri qeyd olunan qanunda öz əksini tapmırdı. Xüsusilə, onlayn media və digər yeni yaranmış media vasitələri. Bu qanunda bir çox məsələlər öz əksini tapıb. Təbii ki, mükəmməl qanun yoxdur. Hər qanun təkmilləşməlidir. Qeyd etdiyim kimi, media qanununun, redaksiyanın media subyekti sayılması üçün bəlli şərtlər var: gündəlik xəbər limiti və digər məsələlər var. Daha təcrübəli, daha inamlı, daha həvəsli şəxslər üçün hər zaman o şərait var. 

24Media.az qeyd edir ki, hazırda Azərbaycanda "Media Haqqında Qanun"la bağlı ciddi islahatlar keçirilir. Bu islahatlarda əsas məqsədlərdən biri də media subyekti təsis etmək üçün jurnalist bacarıqlarına malik olmaqdır. "KİV Haqqında Qanun"la tənzimlənməyən məsələlərin " Media Haqqında Qanun"da əksini tapması jurnalistlərə böyük kömək hesab olunur.


Fidan Əlizadə

Paylaş
Şərh əlavə et