Bu gün:

Tullantıların emalında süni intellekt istifadə edilə bilərmi?


Süni intellekt texnologiyası son bir il ərzində sürətlə inkişaf edib və onun foto emal imkanları da xeyli təkmilləşib. Ancaq tullantı fotoşəkilləri üzərində süni intellekt öyrətmək hələ də çətindir.

Təkrar emal həcmini artırmağı hədəfləyən Britaniya hökuməti 2025-ci ildə məcburi depozit tətbiq edəcək. Supermarketlərdə satılan bütün məhsulların qiymətinə depozit əlavə olunacaq və istehlakçılar plastik, şüşə və metal butulka və ya bankaları marketlərə yerləşdiriləcək maşınlara apararkən əmanətlərini geri ala biləcəklər. Lakin zibilimizi planetə daha az zərərli etmək hələ də asan deyil. Elektron məhsulların təkrar istifadəyə yararlılığını artırmaq sahəsində çalışan Material Focus adlı təşkilatın keçən il apardığı araşdırmaya görə, təkcə İngiltərədə hər həftə 1,3 milyon elektron siqaret tullanır. Bu, hər il 10 ton litium batareyanın atılması deməkdir. Bu məbləğ 1200 elektrik avtomobili üçün akkumulyator təmin edə bilər.

Druckman, elektron siqaretlərin düşüncə tərzimizin necə dəyişməli olduğuna dair yaxşı bir nümunə olduğunu vurğulayır: “İqtisadi cəhətdən məntiqsiz, hər cəhətdən məntiqsizdir. Birdəfəlik elektron siqaretləri necə təkrar emal edə biləcəyimizi düşünmək əvəzinə, əslində belə bir məhsulun nə üçün bazarda olduğunu soruşmalıyıq. Məhsulları təkrar emala uyğun hala gətirməkdə sənaye liderlərinin və siyasətçilərin böyük məsuliyyət daşıdığını ifadə edən Druckman, istehlakçıların da burada məsuliyyət daşıdığını əlavə edir: "İstehlakçıların edə biləcəyi ən faydalı şey daha az istifadə etməkdir."

Mənbə: BBC

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et