Bastiliya basqını 14 iyul 1789-cu ildə Fransa İnqilabı zamanı baş vermiş mühüm hadisədir. Bu, Fransız İnqilabının necə davam edəcəyini formalaşdıran hadisələrdən biridir. Bu, Fransa İnqilabının başlanğıcını qeyd etdi və azadlıq simvoluna çevrildi.

Fransız İnqilabı zamanı baş verən Bastiliya basqınının əhəmiyyətini anlamaq üçün o dövrdə Fransanın yaşadığı vəziyyəti araşdırmaq və anlamaq lazımdır. Həmin dövrdə Fransa iqtisadi çətinliklərlə, ictimai quruluşdakı dəyişikliklərlə və mütləq hakimiyyətlə bağlı bir çox problemlərlə üzləşirdi. İnsanların düşüncə və azadlıqlarının əhəmiyyətinə vurğu, diqqəti cəlb etdi və nizama meydan oxumaq üçün maarifləndirmə ideyasını təmin etdi.
Bastiliya basqını təkbaşına baş verən hadisə deyildi. Bu, bir neçə dəfə baş verdi. Fransada ağır vergilər, qiymət artımı və işsizlik kimi bir çox iqtisadi problemlər yaranmışdı . Əsilzadələr, ruhanilər və adi insanlardan ibarət olan General Estates 1789-cu ilin mayında görüşmək və bu məsələləri müzakirə etmək üçün bir araya gəldi. Çıxışlardan və qəbul edilən qərarlardan narazı qalan xalq oradan ayrılaraq Milli Məclis yaratmaqla Fransanın konstitusiya layihəsini hazırlamağa söz verdi.
1789-cu il iyulun 14-də Parisdə həbsxana-qala olan Bastiliya önünə bir izdiham toplandı. Toplaşanların hamısında aqressivlik və dəyişiklik hiss olunurdu. İnsanlar toplaşıb həbsxanadan silah almaq və həbs olunanları içəridən çıxarmaq üçün basqın etdilər. Mühafizəçilər ilə basqında iştirak edənlər arasında şiddətli qarşıdurma baş verib, hər iki tərəfdən itkilər olub. Bastiliyaçılar qalanı ələ keçirdilar, əsirləri çıxardılar və Bastiliyaya nəzarəti öz əllərinə aldılar.
Mənbə: onedio.com
Tərcümə etdi: Namiq Atamalıyev
