
24media.az-ın "1 sual, 1cavab" rubrikasının budəfəki müsahibi "Balçı" MMC-nin rəhbəri Elvin Bayramlıdır. Elvin Bayramlı yay aylarında balın saxlanılma qaydasından danışıb.
-Yay aylarında bal necə saxlanılmalıdır ki, xarab olmasın?
-Ümumiyyətlə, yay və qış fərq etmədən bal qaranlıq, sərin yerdə saxlanılmalıdır. Qabların üzərində də bu qeyd olunur. İşıqdan və istidən qorumaq lazımdır. Balın ən ideal saxlanılma yeri soyuducudur. Soyuducuda buzluq olmayan hissədə, yəni meyvə-tərəvəz qoyduğumuz hissədə saxlamalıyıq. İlboyu orada qalsa, çox yaxşı olar. Bəzi arıçılar bəzən deyir ki, soyuducuda bal saxlamaq olmaz. Amma bu səhv məlumatdır. Hətta temperatur -4 dərəcəyə qədər olsa, daha yaxşı olar.
24media.az xatırladır ki, bal bitki tərkibli məhsuldur. Onun tərkibi A, B1, B2, B6, PP, K, E vitaminləri, pantoten, fol turşusu, 300-ə yaxın mikroelementlər (marqanes, kremin, kalsium, kalium, aliminum, xrom, bor, litin, nikel, sink və c.), çoxlu mminerallar, maddələr mübadiləsini yaxşılaşdıran fermentlər və maddələrlə zəngindir. Balın tərkibində olan A vitamininin miqdarı mal ətindəkindən 60 dəfə çoxdur. Onun tərkibində çoxlu təbii turşular(üzüm, alma, süd,limon, əvəlik və s.), biogen stimulyatorlar, bioloji aktiv maddələr var. Bu maddələr isə orqanizmin həyat əhəmiyyətli funksiyalarına birbaşa təsir edir və ömrü uzadır. Bal insan orqanizmi tərəfindən 100% sorulur. Onun tərkibində enerji verən karbohidratlar var. Buna görə də orqanizmi möhkəmləndirmək və cavanlaşdırmaq üçün bal yeməkdə fayda var. Bal immuniteti artırır, bakteriasid, iltihab əleyhinə, bəlğəmgətirici təsirə malikdir. O orqanizmə bərpaedici və ağrıkəsici təsir bağışlayır. Xalq təbabətində baldan soyuqlama xəstəlikləri, zəiflik, qan azlığı, cinsi zəiflik, bronxların xəstəlikləri, damar xəstəlikləri zamanı istifadə edilir. Bal xəstəlik əlamətlərinin, öskürmənin azalmasına səbəb olur, mədə fəaliyyətini sakitləşdirir. Yaşlı adamlara sağlamlıqlarının qayğısına qalmaq üçün bal yemək məsləhət görülür.
Fidan Abdullayeva
