Elə məkanlar var ki, onlar görməli yerə, ən qədim daşın və ya ən hündür minarənin orada durmasına görə yox, kollektiv, gülməli bir anın içində tanınan yaddaşa görə xatırlanırlar. Bakıda belə bir məkan var: İçərişəhərdə kiçik bir hissə, burada onlarla insan hər gün eyni hərəkəti təkrarlayır — “filmdəki kimi”. Buradan keçən insanlar şəkil çəkdirmək üçün bərkdaşın üstünə yıxılıb məşhur filmdəki səhnəni təkrarlayırlar. Bu ritualı başladan replika sadədir və postsovet tamaşaçısı üçün dərhal oxunan bir ifadədir: “Şeytana lənət!”.

Paradoks ondadır ki, rəsmi xəritələrdə “Lənət şeytana” adlı küçə mövcud deyil. O, xalq və bələdçilər arasında, turist marşrutlarında və sosial şəbəkələrdə real bir məkanın qeyri-rəsmi adı kimi yaşayır.
Rəsmi adı “Bakının Köhnə” şəhərində “Kiçik Qala” küçəsidir. O, Salyan qapıları yaxınlığında Asəf Zeynallı küçəsindən Şamaxı qapıları yaxınlığında Böyük Qala küçəsinə qədər uzanır, yəni sözün əsl mənasında İçərişəhərin qala divarları boyunca “tikilib”.
“Lənət şeytana” isə Kiçik Qala küçəsinin konkret bir hissəsinin xalq arasında işlənən ləqəbidir ki, bu ad kult sovet komediyası olan “Brilyant əl” filminin çəkilişlərindən sonra möhkəmlənib. Məşhur ifadənin qəhrəman tərəfindən məhz burada səsləndirildiyi səhnələr çəkilib və həmin məkan “donub qalmış bir eksponat” kimi təsvir edilib. Bura insanlarda təbəssüm və nostalji hissi oyadır.
Küçə əvvəlcə “kinodakı yıxılma” anı ilə yox, köhnə şəhərin gündəlik həyat infrastrukturu, su, hamamlarla, sıx tikililərlə və məhəllənin “daxili” iqtisadiyyatı ilə bağlı olub. Sonra — imperiya/hərbi tarix qatını alıb: 1806-cı ildə Bakının rus qoşunları tərəfindən alınmasından sonra küçə boyunca rus əsgərləri üçün kazarmalar tikilib, daha sonra isə onlar yaşayış evlərinə uyğunlaşdırılıb. Daha sonra bir qat artıq tam müasirləşdirilib, buna səbəb 2000-ci il zəlzələsində küçənin zərər görməsi və binaların bir hissəsinin uçması olub.
Yəni “Lənət şeytana” küçəsi əslində elə bir küçədir ki, orta əsr qala-şəhəri, imperiya dövrünün yenidənqurmaları, zəlzələnin travması və daha sonra turist mifinin yaranması bir qısa keçiddə toqquşur.
“Brilyant əl” filmində xaric səhnələri var. Bu biraz günəşli, bir az eqzotik bir yerdir. Amma xaric sözünün birbaşa mənası çəkilişlər üçün çətin olub. Ona görə də sovet kinosu tez-tez ittifaq respublikalarının şəhərlərindən “universal dekorasiya” kimi istifadə edib və Bakı bunun üçün ideal namizəd olub. Leonid Qayday tərəfindən çəkilən film 1968-ci ildə ekranlara çıxıb, süjet qaçaqmalçılar və onların səhvən sovet turistini “kuryer” zənn etməsi ətrafında qurulub.

2017-ci ildə məhz epizodun çəkildiyi yerdə filmin adını daşıyan kafe fəaliyyət göstərməyə başlayıb. Məkanın daxili interyeri vizual olaraq filmin səhnələrindən birini əks etdirir.
Fatimə Kərimli
