Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktiki konfrans keçirilib.

Konfransda Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin aktuallığından və gənclərə təsirindən danışıb. Aydın Mirzəzadə isə onun milli kimliyin tanıdılmasındakı rolunu vurğulayıb.
Tədbirdə musiqişünaslıqla bağlı məruzələr dinlənilib. İlahə Qismət, Səadət Təhmirazqızı və Aysel Kərim çıxış ediblər.
Bədii hissədə müasir bəstəkarların əsərləri ifa olunub. Proqramda “Arşın mal alan”dan parçalar da səsləndirilib, sonda Nərgiz Kərimova Gülçöhrənin ariyasını ifa edib.
