3 yaşlı uşaqlar bağçada ingilis dili ilə birlikdə kodlaşdırmağı, 4 yaşında robot dizayn etməyi, 5 yaşında isə alqoritmləri öyrənirlər. Belə kodlaşdırma təhsili lazımdırmı?

Bir çox valideynlər övladlarının gənc yaşda belə təhsil almasının nə dərəcədə zəruri olduğunu sual edir və bir az çaşqınlıq yaranır. Bəs ekspertlər nə deyir, uşaq bağçasından başlayaraq kodlaşdırma təhsili lazımdırmı, bunun faydası nə olacaq?
Riyaziyyatdan əvvəl məntiqi öyrənirlər
Uşaqlar məktəbəqədər təhsildə və ibtidai təhsilin ilk illərində kodlaşdırma, alqoritm, robot kodlaşdırma dərslərini nağıllar, oyunlar və taxta oyuncaqlarla öyrənirlər. Bu materiallar uşaqlara problemləri həll etməyi öyrənməyə kömək etmək məqsədi daşıyır. Onların düşünərək zehni hesablamalar aparmaq qabiliyyəti inkişaf edir. Bu onlara riyaziyyatı və dörd əməliyyatı öyrənmədən problemin həlli ideyasını anlamağa imkan verir.

Hadisələrə baxışın dəyişdirilməsi
Nağıllarla alqoritm qurmağı öyrənən uşaqlar hadisələrin səbəb və nəticələrini dərk etməyi öyrənirlər. Məsələn, dəniz tısbağalarının sahildən keçib dənizə çatmasına çalışaraq alqoritmlər hazırlayırlar, hadisələrin mərhələli inkişafı zamanı səbəb-nəticə əlaqəsini daha asan başa düşürlər.
Yaradıcılıq qabiliyyətlərin inkişafı
Gənc yaşda kompüterlə kodlaşdırma, alqoritm və robototexnika dərsləri verilmədikdə zehni fəaliyyətləri də yaxşılaşdırır. Yaradıcılıq da bunlardan biridir. Qarşılaşdıqları problemləri həll etmək üçün hadisələrə müxtəlif rakurslardan baxmağı öyrənir, yaradıcı həll yolları inkişaf etdirir, zehni fəaliyyətləri üzərində daim çalışırlar. Onların bacarıqları təkmilləşir və daha aktiv beyinləri ilə növbəti illərdə öyrənmə qabiliyyətlərinin inkişafına hazırlaşırlar. Bu, həmçinin əzbərləmək əvəzinə düşünərək öyrənmə sistemi deməkdir.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
