Bu gün:

Azərbaycanda həcc ziyarətinin vəziyyəti


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ilahiyyatçı Elşad Miridir. O, Azərbaycanda həcc ziyarətinin vəziyyətindən və qiymət balansından danışıb.

-Həcc ziyarətinin baha olmasından bəzi insanlar narazıdır. Sizcə, qiymətlər necədir?

Allah insanların həccə toplaşıb, sadəcə, rituallaşdırılmış hərəkətləri etməsini deyil, tam əksinə insanlığa, bəşəriyyətə faydalı işlər görməsini istəyir. Əlbəttə ki, Qurani-Kərimə baxdığımız zaman bunu görürük. Azərbaycanda devalvasiyanın şahidi oluruq və bu zaman hər il valyutanın artdığını müşahidə edirik. Qiymət məsələsinə gəldikdə, təbii ki, bu gün bu narazılıq yaradan məsələdir. Yəni bu günlərdə 10000 manat və ya 2000 manat xərcləmək normal yanaşma və qiymət deyil.

24Media.az qeyd edir ki, həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kəbənin ətrafına toplaşır. 

Tərlanə Abdullayeva

 

Paylaş
Şərh əlavə et