Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az xəbər verir ki, Dekabrın 8-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli Qırğız Respublikasının Təhsil nazirinin müavini Lira Samykbaeva ilə görüşüb.

Görüş çərçivəsində iki ölkə arasında STEAM və ümumi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Rəna Qarayeva
