Boliviyanın Torotoro Milli Parkında yerləşən Carreras Pampas ərazisində alimlər indiyədək qeydə alınmış ən böyük dinozavr izləri kompleksini sənədləşdiriblər.
Burada 16 600-dən çox iz tapılıb və onların böyük əksəriyyəti 101–66 milyon il əvvələ məxsusdur. Ümumi sahəsi 7485 kvadrat metr olan izlər seliklə qarışmış palçıqda qorunub. Burada həm yavaş addımlayan, həm qaçan, həm də sığ sularda üzərək hərəkət edən dinozavrların izlərinə rast gəlinir.
Tədqiqatçılar vurğulayıblar ki, bu izlər milyonlarla il əvvəl sahil boyunca yaşayan teropodların həmin anda orada olduğunu birbaşa sübut edir: “Sümüklər yerdəyişə bilər, amma izlər olduğu yerdə qalır.”
Mənbə: CNN
Tərcümə etdi: Nərmin Məmmədzadə
