Yeni dərc olunan elmi bir araşdırma Pasxa Adasındakı (Rapanui) ikonik Moai heykəllərinin hazırlanması ilə bağlı köklü fərziyyələri dəyişdirir.
Tədqiqatçılar Moailərin 95 faizinin yonulduğu əsas daş karxanası olan Rano Raraku vulkanının ən detallı 3D modelini yaratmaq üçün dronlar və fotogrammetriya vasitəsilə 11 mindən çox hava fotosu toplayıblar.
Modelin təhlili karxananın daxilində hər biri özünəməxsus texnika və üsluba malik 30-dan çox müstəqil iş sahəsinin olduğunu üzə çıxarıb.
Bu məkan təşkili nəhəng heykəllərin istehsalının mərkəzi bir hakimiyyət tərəfindən sərt şəkildə nəzarət edilmədiyini, əksinə adanın ümumi sosial quruluşunu əks etdirən, müstəqil klanlara və ya ailə qruplarına əsaslanan mərkəzləşdirilməmiş bir sistemlə həyata keçirildiyini göstərir.
Mənbə: Haberglobal
Tərcümə etdi: Turqut Ansari
