Bu gün:

Tarixdə zərərə səbəb olan 3 xəta


Tarix boyu bir çox insanlar və ölkələr çoxlu səhvlərə yol veriblər. Buna baxmayaraq, bugünkü siyahımızda bu 3 səhv kimi böyük nəticələrə və ziyana səbəb olanlar olmayacaq. 

1. Rusiyanın Alaskanı Amerikaya satması 

1867-ci ildə Rusiya Alyaska torpaqlarını 7,2 milyon dollara ABŞ-a satdı. O vaxt Alyaska Rusiyaya çox şey qazandırmırdı. Əslində, Alyaska qızıl və neft kimi təbii ehtiyatlarla zəngin idi. İqtisadçıların fikrincə, Alyaskada neft və qaz ehtiyatları 200 milyard dollar dəyərindədir.


2.Hitler

1914-cü ildə Birinci Dünya Müharibəsinin ən çox mükafatlandırılan ingilis əsgəri Henri Tandey yaralı və silahsız bir Alman əsgəri tapdı. Lakin o onu vurmaq istəməyib və əsgərin həyatını xilas edib. Beləliklə, Adolf Hitlerin həyatı xilas edildi.


3.Titanik

Titanik gəmisinin batması tarixin ən böyük dəniz fəlakətlərindən biridir. Thomas Andrews və Alexander Montgomery Carlisle tərəfindən 1909-1912-ci illərdə inşa edilən bu gəmi ilk səyahətindən 4 gün sonra 1912-ci il aprelin 14-nə keçən gecə Aysberqlə toqquşaraq Atlantik Okeanında batıb. Bu faciə təxminən 1500 nəfərin ölümü ilə nəticələndi. Maliyyə itkisinin indiki dəyəri ilə təxminən 175 milyon dollar olduğu təxmin edilir .

Mənbə: Onedio.com 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et