24media.az saytının budəfəki müsahibi psixoloq Gülay Şəkərxanlıdır. O, danışarkən istifadə etdiyimiz ifadələrin daşıdığı gücün və bu sözlərin insanın həyatına yön verə biləcək təsiri haqqında danışıb.

– İnsanların gündəlik həyatında işlətdiyi sözlər onların düşüncə tərzinə və emosional vəziyyətinə necə təsir göstərir? Məsələn, mənfi ifadələrin çox işlədilməsi insanın həyat keyfiyyətinə həqiqətən zərər verirmi?
İnsanların gündəlik həyatında istifadə etdiyi sözlər, onların düşüncə tərzlərinə və psixoloji vəziyyətlərinə birbaşa təsir edir. Bu dil və düşüncə arasında iki tərəfli əlaqəyə əsaslanır. İstifadə etdiyimiz sözlər hadisələrin nəticəsində nəyə yönəldiyimizi və onları hansı şəkildə mühakimə etdiyimizi müəyyənləşdirir. Məsələn, mütəmadi tənqid xarakterli sözlər işlədən kimsə hadisələrə daha dar çərçivədən baxıb dəyərləndirəckdir. Yəni özümüzü tənqid
etməyimiz, özümüzü dəstkləməyimiz avtomatik olaraq problemləri həll edərkən onları necə həll etməyimizə təsir edir. Sözlər hisslərimizi ifadə etməyin ən vacib yoludur. Əsasən təşəkkür və şükür xarakterli ifadələr işlətdikcə beynimizin müsbət hissləri yaratmasına daha xoş hiss etməyimizə səbəb olur. Ya da əksi olaraq, mütəmadi şikayət edən biri psixoloji gərgin olur. İfadələrimiz, həqiqətən, enerjimizə və motivasiyamıza birbaşa təsir edir. "Yoruldum, pisəm" kimi ifadələri işlətmək həqiqətən yorğun hiss etmə ehtimalını artıra bilər, ya da əksi:“Güclüyəm, bacara bilərəm” kimi ifadələr isə qarşıdaki çətinliklərə qarşı müqaviməti artıra bilər. Yəni sözlərimiz, həm ifadə (var olan düşüncəni yansıtmaq), həm də formalaşdırmaq (düşüncəni və psixoloji halımızı yenidən əsaslandırmaq) vasitəsidir. Buna görə istifadə etdiyimiz sözlərə diqqət etmək, psixoloji sağlamlığımız üçün önəmlidir.
– Bəzən "sözlər enerjidir" və "düşüncələr
reallığı formalaşdırır" kimi fikirlər səsləndirilir.
Psixologiya baxımından bu nə dərəcədə elmi əsaslara malikdir? Yəni sözün gücü, həqiqətən, taleyimizi dəyişə bilərmi?
Bu inanc psixoloji cəhətdən, əsasən, böyük doğruluq payı daşıyır. Sözlərimizin və
düşüncələrimizin həyatımızı, həqiqətən, dəyişdirməsi psixologiyada ən güclü
anlayışa əsaslanır. Yəni özünü reallaşdıran "peyğəmbərlik" şəklində. Bu anlayış bir adamın hər hansı vəziyətlə əlaqəli gözləntisinin və ya inancının davranışlarına təsir edərək reallaşmasına şərait yaratmaqdır. Yəni inanclarımız və sözlərimiz reallığı birbaşa
yaratmasa da o reallığın hayata keçməsi üçün müəyyən addımlar atmağımıza səbəb
olur. Məsələn, inanc- "bu işə qəbul olmayacam, onların gözləntisindəki kimi savadlı deyiləm" . Davranış - gərginlik və güvənsizlik səbəbiylə səsi titrəyir, göz təması qurmaqdan uzaqlaşır, suallara qısa və istəksiz cavablar verir. Nəticə - müsahibəni edən şəxs, müraciətçinin əksik və ya istəksiz olduğunu düşündüyü üçün iş vermir. Beleliklə də
"peyğəmbərlik" reallaşır. Bu halda işə qəbul edilməməsinə əsl səbəb düşüncə yox, göstərdiyi davranışlar olur. Bundan başqa çoxluğun bildiyi “Plasebo” təsiri anlayışı da vardır. Hansı ki, heç bir tibbi təsiri olmayan, bəsit bir maddənin ona yaxşı təsir edəcəyinə inanmasına görə simptomlarında yaxşıya dogru irəliləmə olur. Qısacası, düşüncələrimiz və sözlərimiz
həyatımızı dəyişir. Ancaq bu hər hansı metafizika qanuna görə yox, koqnitiv davranış mexanizmlərinə görə olur.
– Çəkim qanunu (Law of Attraction) adlanan anlayışda deyilir ki, insanın düşündükləri və
dedikləri ona geri qayıdır. Sizcə, bu inanc real psixoloji mexanizmlərə söykənirmi,
yoxsa daha çox motivasiya xarakterlidir?
Çəkim qanunun əsası budur ki, bənzər olan şey bənzəri çəkir. Düşüncələrimiz həyata
əks olunduqca pis ya yaxşı həyatımıza doğru çəkmiş oluruq. Çox vaxt çəkim qanunun sübutlandırılmayan bir qavrayış, ya
da fəlsəfi bir inanc kimi dəyərləndirirlər. Psixoloji cəhətdən doğru sayılmır. Sadəcə çəkim qanunun əsasındakı bəzi detallar psixologiyadakı bəzi qanunlarla uygunlaşdığından bir çox insanlar bunun doğru olduguna inanır. Psixoloji olaraq, bir şeyə pozitiv və ya neqativ olaraq inandığımızda davranışlarımız ona əsasən istiqamət alır. Çəkim qanunu da bunu "nə istəsən onu düşün, o olacaqdır" şəklində təqdim edir. Yəni çəkim qanunu tam elmi əsaslı deyil. Sadəcə pozitiv düşüncə, məqsəd, hədəf müəyyənləşdirmə kimi detallar psixologiyadaki motivasiya, koqnitiv yenidən bərpayla uyğunluq təşkil edir.
Aysu Əsgərzadə
