24media.az – ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi modelyer Saidə Məmmədovadır. Modelyer 2023-cü ilin yay dəbi haqqında olan sualımızı cavablandırıb.
Bu ilin yay dəbi necədir?
Yayın tam ortasındayıq, bu ilin trendi qısa köynəklər, korsetlərdir. Şortiklər bu il də rahat olduğu üçün xüsusi yer tutur. Rənglər daha çox yay rəngləri - isti rənglərdir. Belə ki, ağ, yaşıl, qırmızı, firuzə və bu kimi yay rəngləri üstünlük təşkil edir. Eyni zamanda, kətan dəstlər də rahat olduğu üçün, demək olar ki, 2023-cü ilin dəbi sayılır. Kətan geyimlərdə isə daha çox üstünlük verilən ağ, bej rənglərdir.
24media.az qeyd edir ki, sürətli inkişafda olan dünya moda sənayesi hər il yeni və fərqli tendensiyalar ortaya qoyur. Modelyerlər yaşadığımız 2023-cü ildə, əsasən parlaq və rəngli geyimlərə diqqət yetirməyə qərar veriblər. Xüsusilə, xanımlar üçün dəb müxtəlif tendensiyalarla zəngindir. Yetkin yaşda olan qadınlar bir çox geyim seçimlərindən imtina etməli olurlar. Mütəxəssislər 2023-cü il üçün dəbdə olan ətəklərin qadınlarda xüsusi cazibədar görünüş yaradacağını vurğulayırlar. Dizaynerlər isə hava şəraitindən asılı olmayaraq çoxçeşidli maraqlı üslublar təklif edirlər.
Səadət Quliyeva
