Bu gün:

ABŞ-də “dəli qarışqalar”a qarşı bioloji mübarizə üsulu tapılıb


ABŞ alimləri son illər ölkənin cənub bölgələrində sürətlə yayılan və “tawny crazy ant” adlandırılan invaziv qarışqa növünə qarşı yeni bioloji mübarizə üsulu hazırlayıblar.

Araşdırmaya görə, bu növ qarışqalar yerli ekosistemə ciddi zərər vurur, digər növləri məhv edir və elektrik avadanlıqlarına belə ziyan yetirir. Tədqiqatçılar müəyyən ediblər ki, təbiətdə mövcud olan bir növ patogen – mikroskopik parazit – bu qarışqaları təbii yolla məhv edə bilər.

Mütəxəssislər bildirirlər ki, bu kəşf invaziv növlərlə mübarizədə ekoloji baxımdan təhlükəsiz və effektiv alternativ yarada bilər. Yeni üsulun sınaqları artıq Texas və Florida ərazilərində uğurla aparılıb.

Mənbə: miragenews.com 

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et