Bu gün:

Ermənistanda türk dilinə maraq artır


Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, ölkədəki 400-ə yaxın məktəb qonşu ölkələrin dillərinin seçmə kurs kimi tədris planlarına daxil edilməsi üçün müraciət edib. Bu məktəblərin böyük əksəriyyəti türk dilini seçib.


Lakin türk dili müəllimlərinin sayı məhdud olduğundan bütün müraciətlərə dərhal baxıla bilmir. Əgər müəllim potensialı artırılarsa, qısa müddətdə daha çox məktəbdə türk dili tədrisinə başlana bilər. Bir neçə ildir ki, 10-a yaxın məktəbdə türk dili seçmə kurs kimi tədris olunur. Rəsmilər yaxın illərdə maraq artdıqca və müəllim çatışmazlığı problemi həll olunduqca bu rəqəmin tədricən artacağını gözləyirlər.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan daha əvvəl bəzi məktəblərdə türk, fars, azərbaycan və gürcü kimi regional dillərin tədris edildiyini bildirərək, "Ən böyük maraq türk dilinə yönəldilib",- deyib.

Andreasyan türkiyəli müəllim çatışmazlığına da toxunaraq, mövcud şəraitə görə məktəblərin onların tələblərini tam ödəyə bilmədiyini qeyd edib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et