Bu gün:

Qarpızı necə seçmək olar?


Yayın gəlişi ilə bir çox tərəvəz və meyvələr süfrədə öz yerini tutmağa başladı. Onlardan biri də rəngi və dadı ilə seçilən qarpızdır. Dünyada ölçüsü və forması müxtəlif olan 1200-dən çox qarpız növü var.



 Qarpız necə seçərkən nələrə diqqət edilməlidir ?


1- Qarpız seçərkən diqqət etməli olduğunuz ilk məqam alt hissəsinin sarı olub olmamasıdır. Alt tərəfi nə qədər sarıdırsa, qarpız bir o qədər yetişmiş və dadlıdır. 


2- Qarpızın çatlarına diqqət edin. 


Bütün qarpızlarda gördüyümüz başqa bir detal hörümçək toruna bənzəyən çatlaq görünüşüdür. Bu detallar sizə qarpızın dadı haqqında ipucu verəcək. Qarpızın üzərində hörümçək toruna bənzər görünüşlər varsa, bu, qarpızın yaxşı olduğunu göstərir. 


3- Qarpızın böyüklüyünə aldanmayın. 


Böyük qarpızın daha yaxşı olduğuna dair tamamilə yanlış fikirdir. Qarpız alarkən diqqət etməli olduğunuz əsas şey onun çəkisi olmalıdır. Əgər ağırdırsa, yaxşıdır, yoxsa, yəqin ki, artıq getdi. Onun ölçüsünə uyğun çəkidə olması da çox vacibdir. 


4- Qarpızın gövdəsi yaşıl olarsa, onun erkən yığıldığına dəlalət edir. 


Bu səbəbdən gövdəsi qurumuş qarpızlar daha yetkin və şirin olur. 

 

Qarpız haqqında maraqlı faktlar.


1- İlk yabanı qarpız Afrikanın cənubunda kəşf edilib. 

2- Bəzi qarpız növləri 90 kq ağırlığa çata bilir. 

3- Dünyada 1200-dən çox qarpız növü var. 

4- Dünyanın ən ağır qarpızı Ginnesin Rekordlar Kitabına düşən 159 kq qarpızdır.

 5- Qarpız 90-dan çox ölkədə yetişdirilir. 

6- Qarpızın 92%-i su, 6%-i şəkərdən ibarətdir. 

7- Türkiyə dünyanın ikinci ən böyük qarpız istehsal edən ölkəsidir. 

8- Qarpız dünyada pomidordan sonra ən çox istehsal edilən meyvədir. 

9- Misirdə padşahların məzarlarına qarpız qoyaraq ruhlarını qidalandırmaq qədim ənənə idi.


Mənbə: cnn türk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et