Travmalar gen transferi ilə uşaqlara ötürülür. İnsanların yaşadıqları travmaların gen transferi yolu ilə övladlarında və nəvələrində göründüyü elm tərəfindən sübut edilmişdir.
Məsələn, 1864-cü ildə ABŞ Vətəndaş Müharibəsinin sonunda əsir düşərgələrində pis şəraitdə olan insanların övladları və nəvələri yaxşı şəraitdə böyüdükləri və travma almadıqları halda ölüm nisbətləri daha yüksək idi. Bəs, gen transferi olan uşaqlara travmanın ötürülməsinin qarşısını necə almaq olar?
Təsirləri travması olmayan uşaqlar da görə bilər
1864-cü ildə ABŞ vətəndaş müharibəsinin sonunda əsir düşərgələrində qeyri-insani şəraitdə yaşayan insanlar çox çətin vəziyyətlər yaşadılar. Çətinliklərin təsiri təkcə bu təcrübələrə deyil, həm də hərbi əsirlərin övladlarına, nəvələrinə də təsir etdi. Bu təsir ailələrin kişi övladlarının nəsillərinə keçdi.

Tədqiqatçılar “İnsanın təcrübələri DNT-nin ifadəsini necə dəyişə bilər və bu dəyişiklik gələcək nəslə necə ötürülə bilər?” sualına cavab axtarırlar.
Epigenetika DNT kodunun özünü dəyişdirmədən genlərin oxunaqlılığını və ya ifadəsini dəyişdirməyi əhatə edir. Yaşadığımız mühitdəki dəyişikliklərə cavab olaraq DNT-mizə kiçik kimyəvi işarələr əlavə edilir və çıxarılır. Bu markerlər genomlarımızda daha qalıcı dəyişikliklər yaratmadan genləri açıb-söndürməklə dəyişən şərtlərə uyğunlaşmaq üçün bir yol təqdim edir. Əslində bu nəzəriyyəyə görə, insanlar genlərində travma ötürdükdə, fərdlər bu kimyəvi əlamətlərlə oxşar şərtlərə necə uyğunlaşacaqlarını anlaya bilirlər.
Travmaların təsirlərinin epigenetik vasitəsilə nəsillərə paylana biləcəyinə dair çoxlu araşdırmalar var. Tədqiqatın müəllifi, Los-Ancelesdəki Kaliforniya Universitetinin iqtisadçısı Dora Kosta ataları hərbi əsir olan 4600-ə yaxın uşağın sağlamlıq məlumatlarını təhlil edib və bu məlumatları veteranların uşaqları (15300-dən çox) ilə müqayisə edib.

Məlumatlar göstərir ki, hərbi əsir atalarının uşaqları veteran uşaqlardan 11 faiz daha çox ölüm nisbətinə malikdirlər. Bu ölüm nisbəti, adətən, beyin qanamasından ölüm nisbətinin yüksək olması ilə əlaqədar idi. Belə travma əks-sədalarının nəsildən-nəslə ötürüldüyü məlum olsa belə, epigenetik irsiyyət araşdırmalarında böyük maneələr var. Bu vəziyyətin necə baş verdiyini heç kim dəqiq bilmir.
Mütəxəssislərdən Dias deyir ki, ən azı bəzi hallarda travmanın təsirləri sağaldılaraq nəsildən-nəslə ötürülə bilər. Diasın sözlərinə görə, travmanın DNT-yə təsiri koqnitiv davranış terapiyası kimi üsullardan istifadə etməklə bərpa oluna bilər.
Mənbə: BBC
Tərcümə etdi: Aytən Nazim
