Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, Nazir Emin Əmrullayev oktyabrın 27-də İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirib.

Görüşün əsas məqsədi İsrail Dövləti ilə Azərbaycan arasında elm və təhsil sahələrində mövcud əməkdaşlığın inkişaf etdirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi olub.
Tərəflər bu sahələrdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi yollarını müzakirə ediblər.
Rəna Qarayeva
