Bakı, 27 oktyabr 2025 — Azərbaycanda ali təhsilin maliyyələşdirilməsində dövlətin payı 95 faizə çatıb. Təhsil Nazirliyindən bildirilib ki, bu il təhsilə ayrılan vəsait 4,9 milyard manat təşkil edir.

Nazir müavini İdris İsayev deyib ki, bu artım təhsilin keyfiyyətini yüksəltməyə və gənclərin imkanlarını genişləndirməyə yönəlib. Onun sözlərinə görə, hazırda hər iki tələbədən biri ali məktəbdə dövlət sifarişi ilə təhsil alır
Hazırladı: Gülay Bədirli
