
Hindistan müxtəlif dövlətlərə bölünmüş müxtəlif qrupların bir araya gəldiyi bir ölkədir. Bir-birinə zidd və maraqlı inanclara malik insanların yaşadığı ölkənin bir çox təəccüblü ənənələri var. Ölkəyə getməzdən əvvəl peyvəndlərinizi etməli və planlarınızı diqqətlə qurmalısınız.
Asiya qitəsinin cənub hissəsində yerləşən Hindistan cənub hissəsində Hind okeanına bitişikdir. Ölkə qərbdə Ərəb dənizi və şərqdə Benqal körfəzi ilə əhatə olunub. Qərbdə Pakistan, şimal-şərqdə Nepal, Çin və Butan, şərqdə Banqladeş ilə həmsərhəddir. Malayziya İndoneziya ölkəsi, qonşu Şri Lanka və Maldiv adalarına çox yaxındır.
Hindistan əhalinin sayına görə dünyanın 2-ci böyük ölkəsidir.
Hindistanın paytaxtı Yeni Dehlidir. 28 əyalət və 7 birlik ərazisi olan ölkənin paytaxtdan başqa mühüm şəhərləri var. Varanasi, Qoa, Mumbay, Mumbay və Japur digər mühüm şəhərlər arasındadır.
Hindistanın pul vahidi nədir?
Hindistanda istifadə olunan pul vahidi Hindistan Rupisi adlanır. Hindistan rupisi ölkənin mərkəzi bankı vasitəsilə yaradılır və buraxılır.
Bu ölkədə iki fərqli iqtisadi sistem var. Müasir dünya reallıqlarından asılı olan iqtisadiyyat və yağıntıdan asılı olan kənd təsərrüfatı iqtisadiyyatı bu iki növ iqtisadiyyatdır. İnternet, informatika, sığorta, səhiyyə və bankçılıq Hindistanda iqtisadiyyatın əsasını təşkil edən biznes sahələrindəndir. Bundan başqa, kənd təsərrüfatı və sənaye ölkədə digər iqtisadi fəaliyyətlərin böyük əksəriyyətini təşkil edir.
Hindistanda din
Hindistanda çoxlu müxtəlif dinlər var. Ən çox yayılmış dinlər Hinduizm və Buddizmdir. Xristianlar və müsəlmanlar isə azlıq təşkil edir. Hindlilərin mədəniyyətləri ölkənin genlərində kök saldığı üçün kasta sistemini bəzi yerlərdə xristian və müsəlman kəsimlərində görmək olar.
Bunlardan başqa, qeyri-bərabər insanların ölkəsi olan Hindistanda onlarla müxtəlif yerli din var. Hinduizmin fərqli qolları olduğu və inancların bölgədən bölgəyə dəyişə biləcəyini görmək olur.
Mənbə: Milliyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
