NASA 2026-cı ilin sonuna qədər Ay səthində günəş enerjisi ilə işləyən ilk enerji stansiyasını qurmağı planlaşdırır. “Lunar Grid One” adlanan layihə gələcək Ay missiyalarına sabit enerji təmin etmək məqsədi daşıyır.
Layihə “Lockheed Martin” və “Astrobotic” şirkətləri ilə birgə həyata keçiriləcək. Yeni stansiya Ayın cənub qütbündə yerləşdiriləcək və təxminən 10 kilovat gücündə enerji hasil edə biləcək. Bu, elmi avadanlıqların, rabitə sistemlərinin və astronavt yaşayış modulunun fasiləsiz işləməsini təmin edəcək.
NASA-nın mühəndisi Laura Mitchell bildirib ki, bu layihə Ayda uzunmüddətli insan məskənləri üçün vacib addımdır:
“Biz artıq təkcə kosmosa uçmuruq, orada qalmağı planlaşdırırıq. Günəş enerjisi bu məqsədin əsas açarı olacaq".
Elm ictimaiyyəti bu addımı “kosmik energetik inqilabın başlanğıcı” kimi qiymətləndirir. Stansiyanın uğurlu olması halında, oxşar sistemlərin Mars missiyalarında da tətbiqi nəzərdə tutulur.
Mənbə: NASA.gov, Space.com, The Verge
Tərcümə etdi: Fatimə Salmanlı.
