Bu gün:

Evdə plastilin hazırlanması.


Oyun xəmiri - plastilin hazırlamaq üçün lazım olan məmulatlar 

1 çay qaşığı un

1 çay qaşığı su

yarım çay qaşığı duz

2 xörək qaşığı alma sirkəsi

2 xörək qaşığı yağ

Qida boyası

Oyun xəmiri- plastilin necə hazırlanır?

Əvvəlcə kiçik bir qazana su, yağ, sirkə, qida boyası və duzu töküb yaxşıca qarışdırın. Sonra un əlavə edib ocağı yandırıb qaşıq ilə qarışdırıb bişirin. Tavaya yapışmadan yığılmağa başlayacaq, ocaqdan götürün, bir az soyusun, xəmirimiz hazırdır. Saxlama üçün hava keçirməyən qaba qoyun. Saxlama müddəti xəmirin oynadılma tezliyinə görə dəyişir. 


Tövsiyələr 

Oyun xəmirini hazırlayarkən bişirmə vaxtını qısaltsanız, o, çox yumşaq ola bilər. Əgər belə bir vəziyyətlə qarşılaşsanız, xəmiri bir az daha bişirməlisiniz.

Reseptdə istifadə edilən qida boyası yerinə kakao və qaynadılmış çuğundur suyu kimi təbii alternativləri seçə bilərsiniz. 

Mənbə: Nefis yemek tarifleri 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et