Bu gün:

Təbiətin hələ bilmədiyimiz 5 əsas qüvvəsinin izləri


Elm adamları əsrlər boyu kainatın işləməsini izah etməyə çalışırlar. İndiyə qədər dörd əsas qüvvə kəşf edilib: cazibə, elektromaqnetizm, güclü nüvə və zəif nüvə. Bununla belə, son tədqiqatlar təbiətdə hələ tam dərk edilməmiş yeni qarşılıqlı təsirlərin izlərinə işarə edib ki, bu da “beşinci qüvvə” adlandırıla bilər.


1. Qaranlıq maddənin qarşılıqlı təsiri

Kainatın əksəriyyətini təşkil etdiyi düşünülən qaranlıq maddənin təkcə cazibə qüvvəsi ilə deyil, həm də özünə məxsus yeni bir qüvvə ilə qarşılıqlı təsir göstərdiyi iddia edilir. Bu, qalaktikaların qeyri-adi fırlanma sürətləri sayəsində üzə çıxıb.


2. Qaranlıq enerji təzyiqləri

Kainatın sürətlə genişlənməsinə səbəb olan qaranlıq enerji məlum qüvvələrdən heç biri ilə izah edilə bilməz. Bəzi tədqiqatçılar bunun kosmik miqyasda fəaliyyət göstərən tamamilə fərqli bir qüvvə ola biləcəyinə inanırlar.


3. X17 hissəciyinin izləri

Macarıstanda aparılan təcrübələrdə aşkar edilən sirli hissəcik "X17" adlandırılıb. Bu tapıntılar təsdiqlənərsə, X17 hissəciyi təbiətin naməlum qüvvəsinin daşıyıcısı ola bilər.


4. Neytrino anomaliyaları

Neytrinolar kainatda demək olar ki, heç bir şeylə qarşılıqlı əlaqədə olmayan hissəciklər kimi tanınır. Ancaq bəzi təcrübələrdə neytrinoların gözlənildiyindən fərqli davrandığı müşahidə edilib. Bu, gizli bir qüvvənin mövcudluğuna işarə edə bilər.


5. Kosmik simmetriyanın pozulması

Kainatın niyə antimateriya ilə deyil, maddə ilə dolu olması sirr olaraq qalır. Fiziklər bu asimmetriyanı izah edə biləcək yeni bir qüvvənin varlığını araşdırırlar.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et