Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, Özbəkistan nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Xəzər Media Mərkəzi ilə tanış olub. Qonaqlara telekanalın fəaliyyəti, həyata keçirilən yeniliklər və rəqəmsal yayım imkanları barədə ətraflı məlumat verilib.
“Nümayəndə heyəti Xəzər TV”nin studiyalarına baxış keçirərək Mərkəzdə yaradılan şərait, infrastruktur, dekorasiya sistemləri və texniki imkanlarla tanış olub. Həmçinin radioların fəaliyyəti və “Xəzər Xəbər” studiyasının iş prosesi barədə məlumat verilib, xəbərlərin hazırlanması və tamaşaçılara çatdırılması mexanizmi nümayiş olunub.
Görüş zamanı audiovizual media sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, qonaqlar səmimi qəbula görə təşəkkür edərək belə görüşlərin Azərbaycan və Özbəkistan arasında media əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Arzu Qafarova