Bu gün:

Özbəkistan nümayəndələri Azərbaycanda görüşlər keçiriblər


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, Özbəkistandan olan kommunikasiya nümayəndələri Azərbaycanın müxtəlif dövlət qurumlarını ziyarət edərək onların fəaliyyəti ilə tanış olublar. 

Xarici İşlər, Elm və Təhsil, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərində, eləcə də Dövlət Turizm Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.
Görüşlərdə kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, rəqəmsal platformalardan istifadə və media ilə iş təcrübələri müzakirə olunub. Təcrübə mübadiləsi iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin və peşəkar əməkdaşlığın gücləndirilməsinə xidmət edir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et